Ən güclü sportkarının üstü açıq versiyası - FOTO

Ən güclü sportkarının üstü açıq versiyası - FOTO
21:17 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

McLaren şirkəti özünün ən güclü 675LT modelinin üstü açıq versiyasını təqdim edib. Avtomobil 2016-cı ildə satışa çıxarılıacaq və məhdud tirajla - cəmi 500 nüsxə buraxılacaq. Modelini qiymətinin 400 000 avrodan çox olması gözlənilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, superkarın dizaynı 650S Coupe-ni təkrarlayacaq. Avtomobil nəhəng ön splitter, yeni yan ətəklər, ön bamper, uzadılan arxa hissə, aktiv əyləclər, həmçinin P Zero Trofeo R şinləri geyindirilən 19 və 20 dyümlü təkər diskləri əldə edib. Model bundan əlavə 30 km/saatda dək açıla bilən avtomatik dam örtüyü ilə də təchiz edilib. Qeyd edək ki, çəki də 100 kq azalıb və halhazırda 1230 kq təşkil edir. 

Avtomobil üçün titan təhlükəsizlik çərçivəsi və 4 nöqtəli təhlükəsizlik kəmərinin də yer aldığı xüsusi McLaren Club Sport paketi işlənib hazırlanıb. Salonda karbon liflərinindən hazırlanan və dəri ilə üzlənən yeni idman üslublu oturacaqlar quraşdırılıb. 

Kapotun altında 3,8 litrli V8 turbo mühərriki yer alıb. Güc aqreqatını yeni turbokompressorlar və modeifiyə edilən xaricetmə kollektoru ilə təchiz ediblər. Mühərrik 675 a.g. və 700 Nm fırlanma anı hasil edir və iki muftalı yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə tandemdə çalışır. Sportkar ilk yüzlüyə cəmi 2,9 saniyə ərzində sürətlənir. Maksimal sürət isə 326 km/saatdır. 

Avtomobil həmçinin təkminləşən idman asması və daha sərt yaylar əldə edib. 
Xatırladaq ki, adi 675LT sportkarın rəsmi təqdimatı Cenevrə avtosalonunda keçirilib. 
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR