"Oka" aşdı: 4 yaralı

"Oka" aşdı: 4 yaralı
21:34 19 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda baş verən yol qəzası nəticəsində 4 nəfər yaralanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, Lerik rayon sakini, 40 yaşlı Azad Cəmil oğlu Ağayevin idarə etdiyi "Oka" markalı avtomobilin aşması nəticəsində sürücü və avtomobildə olan Lerik rayon sakinləri - 79 yaşlı Arəstə Hidayət qızı Ağayeva, 52 yaşlı Şamama Cəmil qızı Ağayeva və 40 yaşlı Rəna Balamirzə qızı Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara ilk tibbi yardım göstəriləndən  sonra onlar Bakıda yaşadıqları üçün paytaxt xəstəxanalarından birinə göndərilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR