Göyərtəsində 120-dən çox sərnişin olan gəmi batdı

Göyərtəsində 120-dən çox sərnişin olan gəmi batdı
22:14 19 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziya sahillərində göyərtəsində azı 100 sərnişin olan gəmi batıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Sulavesi adası yaxınlığında baş verib. Gəminin Kolaka limanından yola düşərək Cənubi Sulavesi əyalətində üzdüyü bildirilir. Gəminin göyərtəsində ekipaj da daxil olmaqla 122 nəfər olub.

 

İnsidentin təfərrüatları hələlik açıqlanmır.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR