Azərbaycanlı Adel: "Ailədən, mentalitetdən kənar böyüdüyüm üçün xoşbəxtəm" - FOTO

Azərbaycanlı Adel: "Ailədən, mentalitetdən kənar böyüdüyüm üçün xoşbəxtəm" - FOTO
22:47 19 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az azadliq.org-a istinadən 4 yaşında valideynlərini itirmiş, SOS Uşaq Kəndlərində böyümüş model Adel Nağı ilə Günel Mövludun bir həftəsonu söhbətini təqdim edir:

- Adel, ondan başlayaq ki, azərbaycanlı üçün qəribə adınız var. Doğulanda sizə verilən adınızdır, yoxsa sonradan özünüz seçmisiniz?

- Əsl adım Adilədir. İlk günlər idi ki, tək, müstəqil yaşamağa başlamışdım. Bir rəfiqəmlə qalırdım. Çox sevirdim onu. O məni Adel çağırmağa başladı. Ondan sonra belə qaldı və bu ad mənə çox əzizdir.

- Biraz uşaqlığınızdan danışın. Uşaqlığı ağır keçən biri kimi, bilirəm, bu, bəzən ağrılıdır, amma bölüşmək istədiyiniz məqamlar, səhnələr varmı uşaqlığınızdan?

- Uşaqlığım barədə çox danımışam. O qədər danışmışam ki, heç bilmirəm, hansı doğrudur, hansını yaşamışam, hansını yox. Hərdən mənə elə gəlir ki, hər kəsə yalan danışmışam.

- Uşaq vaxtı, yeniyetməlikdə ən çox nəyə ehtiyacınız olub? Qəşəng paltar, rahat dostlar, isti ev, dondurma?

Sualı zarafat kimi başa düşməyin, məsələn, mən uşaqlığım boyu həmişə dondurma arzulamışam. Biz kənddə yaşayırdıq, orada isə dondurma satmırdılar. O qədər həsrətini çəkib, incimişəm ki, indi dondurmadan zəhləm gedir. Sizdə bu ehtiyac nəyə olub?

- Uşaq vaxtı hər şeyim oub. Əla yerdə böyümüşəm, ailədən, mentalitetdən kənar. Buna gorə çox xoşbəxtəm. inandırım sizi ki, doğru deyirəm. Həyatımdan çox razıyam buna görə. Dondurmaya gələndə isə.... Uşaqllıqda yediyim dondurmaların hamısı oğurluq olub.

- Necə oldu ki, model olmaq qərarına gəldiniz? İlk başqa çətinliklər nə oldu?

- Model oldum, çünki başqa heç nə bacarmıram, əlimdən başqa heç nə gəlmir. Həm də bu işi sevirəm, özü də çox sevirəm.

Baxmayaraq ki, ölkəmizdə model sənətinin nə gündə olduğuna baxsaq, adamı ağlamaq tutar.

- Özünüzü uğurlu model hesab edirsinizmi?

- Uğurlu hesab edirəm. Nə etsəm, o dəqiqə xəbər olur, saytların dilindən düşmürəm.

- Azərbaycan çapı ilə kifayətlənmədən, dünyaya çıxmaq fikriniz varmı? Varsa bunu necə etməyi düşünürsünüz?

- Əlbəttə, qarşıma məqsəd qoymuşam ki, mütəq dünya çapına çıxacam. Ya kəşf ediləcəyəm, ya da başqa yolla çıxacağam. Necə oursa, osun. Əsas şöhrətdir, boşboğazların danışdıqları isə heç vecimə də deyil.

- Sosial şəbəkələrdə olduqca gözəl şəkillər paylaşırsınız. Bir modelin belə şəkillər paylaşmasında heç bir qəribəlik olmasa da, tez-tez neqativ şərhəri, normal şəkillərdən düzəldilən "sensasiya"ları da görürük. Bu, sizə necə təsir edir?

- Yenə də deyirəm, məni insanların dediyi maraqlandırmır. Yazılanları ancaq oxuyub, gülürəm. Əsas odur ki, istədiyim işi görürəm. Maraqlı təkliflər isə, əlbəttə, çox gəlir. Amma elələri var ki, evdə ailələri onları gözləyir... Mən onları rədd edirəm.

- Mütaliəniz necədir, nəyi, kimi, necə bir ədəbiyyat oxumağı sevirsiniz? Hansı tip filmlər sizə maraqlı gəlir?

- Daha çox fantaziya və feminizm haqda kitabları sevirəm. Ən son izlədiyim filmər isə: drama, drama, drama!
Milli.Az






































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14