Şahin Diniyev: "Hamı "çemodan" əhval-ruhiyyəsindədi"

Şahin Diniyev: "Hamı "çemodan" əhval-ruhiyyəsindədi"
23:27 19 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

“Əvvəlcə onu deyim ki, Yevlaxda bizə yaradılan şəraitdən məmnunuq. Bərpa olunmaq üçün gözəl məkandı, sakitlik var. İlin son sınağına hazırlaşırıq". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.


"Kəpəz" "Neftçi" ilə oyundan əvvəl hazırlığını Yevlaxda keçib. Komanda son məşqinə də bu şəhərdə çıxıb. Şahin Diniyev sabahkı oyunla bağlı fikirlərini bildirib: "Oyunun da çətin keçəcəyini söyləmək olar. Çünki “Neftçi” adı artıq rəqib haqda hər şeyi deyir, əlavə təqdimata ehtiyac yoxdu. Hər zaman iddialı olan köklü klubumuzdu. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çətin olsa da, bunu bacarmağa çalışacağıq. İlin son oyunudu, ona görə də hamı “çemodan” əhval-ruhiyyəsindədi. Uşaqlar məzuniyyətə buraxılacaqlar. Belə vaxtda toparlanmaq çətindi. Lakin mən inanıram ki, yaxşı oyun sərgiləyib evə gülərüzlə gedəcəyik. Yorğunluq var, bu da başa düşüləndi. Bir heyətlə oynayırıq, rotasiya etməyə gücümüz yoxdu”. 


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR