Bu ölkədə atəşkəs ola-ola 68 nəfər öldürüldü

Bu ölkədə atəşkəs ola-ola 68 nəfər öldürüldü
02:31 20 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Yəməndə hökümətlə Husi üsyançıları arasında İsveçrədə bağlanmış atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal-şərqində davam edən qızğın döyüşlərdə azı 68 nəfər həlak olub.

ANS PRESS-in məlumatına görə, toqquşmalar Səudiyyə Ərəbstanı sərhədi yaxınlığında yerləşən və hökümət qüvvələrinin 2 gün əvvəl geri aldığı Hərad şəhərində yer alıb.

Ordu mənbələri 28 hərbçinin öldürüldüyünü, Husilər isə itkilərinin 40 döyüşçüdən ibarət olduğunu bildirib. Ümumi yaralıların sayı 100 nəfərə yaxındır. Yerli tayfa nümayəndələrinin mətbuata verdiyi məlumata görə, döyüşlər şənbə günü səhər saatlarında Səudiyyə koalisiyasının havadan dəstək verdiyi hökümət qüvvələrinin Qırmızı Dəniz sahilində yerləşən Midi liman şəhərinə irəliləməsindən sonra baş verib.


Husi üsyançıları

Husilər bölgəyə əlavə qüvvələr səfərbər edib. Bir neçə gün əvvəl Husiləri və höküməti təmsil edən nümayəndə heyətləri İsveçrənin Biel şəhərinə görüşərək, aylardır davam edən döyüşlərə son qoymağa çalışıb.

Razılaşmaya əsasən, bir həftə davam etməli olan atəşkəsin pozulmasına görə tərəflər qarşılıqlı ittihamlar irəli sürür. Səudiyyə Ərəbstanın başçılıq etdiyi koalisiya Husilərin paytaxt Sənanı ələ keçirib, ikinci ən iri şəhər sayılan Ədənə doğru qoşun göndərməsindən sonra mart ayında üsyançılara qarşı hərbi kampaniyaya başlayıb.

Həmin vaxtdan bəri gedən döyüşlərdə və hava zərbələri nəticəsində 5700-çox insan həlak olub, qurbanların az qala yarısının mülki vətəndaşlar olduğu bildirilir. Müharib ə ilə əlaqədar hazırda Yəmən əhalisinin beşdə bir hissəsi səfalət və ehtiyac içində yaşayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR