​Tehran məktəblərində dərslər havanın çirklənməsi səbəbindən təxirə salınıb

​Tehran məktəblərində dərslər havanın çirklənməsi səbəbindən təxirə salınıb
04:17 20 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Tehran rəhbərliyi şənbə günü havanın çirklənməsinin son həddə çatması səbəbindən bazar günü məktəblərin bağlanması haqqında qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "Press TV" telekanalının məlumatında bildirilir.
"Tehranda havanın çirklənməsi həyəcanlı səviyyəyə çatıb ki, bu da hakimiyyəti məktəbləri bağlamağa məcbur edib", - deyə məlumatda bildirilir.
Şənbə və bazar İranda iş günləri hesab olunur.
Əhalisi 14 milyon olan meqapolis qatı boz tüstüyə bürünüb, yollarda görüntü azalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/tehran-mekteblerinde-dersler-havanin-cirklenmesi-sebebinden-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR