“Opinione Publica”: Azərbaycan dini və mədəni müxtəlifliyin mükəmməl nümunəsidir

“Opinione Publica”: Azərbaycan dini və mədəni müxtəlifliyin mükəmməl nümunəsidir
05:13 20 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 20 dekabr, AZƏRTAC
İtaliyanın “Opinione Publica” xəbər saytında “Azərbaycan dini və mədəni müxtəlifliyin mükəmməl nümunəsidir” sərlövhəli məqalə yayılıb. Məqalədə əsasən ölkəmizdəki multikultural mühitdən, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşamasından bəhs olunur.
Müəllif qeyd edir ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan dünyəvi ölkədir. Burada müxtəlif dini icmalar təhlükəsiz və rahat şəraitdə yaşayırlar. Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin harmoniya halında yaşadığı bir məkandır. Burada qadınların cəmiyyətdəki roluna digər müsəlman ölkələrindən daha çox önəm verilir. Bu kimi dəyərlər də Azərbaycanı müasir və dünyəvi ölkə kimi tanıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirir. Diqqətə çatdırır ki, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən dəhşətli məqamlarından biri Xocalı soyqırımıdır. Bir gecədə 613 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Bütün bu ağrı-acılara baxmayaraq, Azərbaycan güclənərək gələcəyə doğru inamla irəlilədi. Bu gün Azərbaycan Qafqazda cərəyan edən siyasi proseslərin önəmli aktorudur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR