Yəməndə atəşkəs pozuldu: azı 75 nəfər öldü

Yəməndə atəşkəs pozuldu: azı 75 nəfər öldü
05:44 20 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə elan olunmuş rəsmi atəşkəs zamanı baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, qızğın döyüşlər əsasən Səudiyyə Ərəbistanı ilə həmsərhəd Həccə əyalətində baş verib. “Döyüşlərdə azı 75 nəfər – 40-dan çox üsyançı husilər və hökumət qüvvələrinin  35 hərbçisi ölüb”, deyə məlumatda bildirilir.      

 

Üsyançıları dəstəkləyən ordu qüvvələrinin bir qisminin nümayəndələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 7 günlük atəşkəs rejimini azı 300 dəfə pozduğunu bildiriblər.

 

Xatırladaq ki, 7 günlük atəşkəs rejimi BMT tərəfindən dekabrın 15-də elan edilib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR