​XİN: "Türkiyə hərbçiləri və texnikası İraqdan çıxarılacaq"

​XİN: "Türkiyə hərbçiləri və texnikası İraqdan çıxarılacaq"
07:37 20 Dekabr 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə hərbçiləri və texnikası iki qonşu ölkə münasibətlərində gərginliyin azaldılması üçün İraq ərazisindən çıxarılacaq.
"Report" "dpa" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin dekabrın 19-da yayılan bəyanatında bildirilir.
Bəyanatda ilk dəfə olaraq qeyd edilir ki, hazırkı vəziyyət Ankara və Bağdad arasında "əlaqələrin pozulması" nəticəsində yaranıb. Bundan əlavə, qoşunlar "İraqın onların mövcudluğu ilə bağlı şübhələri" nəzərə alınaraq və "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizənin gücləndirilməsi naminə çıxarılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/xi-n-turkiye-herbcileri-ve-texnikasi-i-raqdan-cixarilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR