İraqda 43 ildə ilk dəfə "ilin gözəl"i seçilib

İraqda 43 ildə ilk dəfə "ilin gözəl"i seçilib
08:19 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İraqda 43 ildə ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müsabiqənin nəticələrinə əsasən, 20 yaşlı Şalma Əbdülrəhman İraq gözəli seçilib.  

 

İraq “Kainat gözəli -2017” müsabiqəsində təmsil olmaq niyyətindədir və bu səbəbdən müsabiqə  beynəlxalq meyarlara maksimal səviyyədə uyğunlaşdırılıb. Lakin, buna baxmayaraq, iştirakçıların səhnəyə çimərlik geyimində çıxışı yarışmanın proqramına daxil edilməyib.   

 

“Mən İraqın irəliyə doğru getməsinə çox şadam”, deyə  müsabiqənin qalibi sevincini bölüşüb.

 

Təşkilatçılar müsabiqəni oktyabrda keçirməyi planlaşdırıblar, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.  

 

Qeyd edək ki, bundan əvvəl “İraq gözəli” müsabiqəsi sonuncu dəfə 1972-ci ildə keçirilib. O zaman müsabiqənin qalibi Vicdan Burhan əd-Din Süleyman seçilmişdir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR