​Bakı Amerika Mərkəzində ingilis dili müəllimləri üçün “Leading the Way” adlı konfrans keçirilib

​Bakı Amerika Mərkəzində ingilis dili müəllimləri üçün “Leading the Way” adlı konfrans keçirilib
08:22 20 Dekabr 2015
103 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Amerikanın Azərbaycandakı səfirliyi, ABŞ Təhsilli Azərbaycanlı Məzunların Birliyi (AAA) və Bakı Amerika Mərkəzi Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində səfirliyin maliyyə dəstəyi ilə “Leading the Way” adlı konfrans keçirib.
"Report" xəbər verir ki, konfrans Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini artırmaq məqsədi ilə respublika üzrə Təhsildə Keyfiyyət və Nailiyyət (TEA) proqramı məzunlarını və ingilis dili müəllimlərini bir araya gətirib.
İştirakçılar Azərbaycan sinif otaqlarında ən son təlim üsullarının tətbiqi üzrə fikir və təcrübə mübadiləsi ediblər.
Konfransda yerli və xarici mütəxəssislərinin təqdimatları dinlənilib və ingilis dilinin tədrisinə müasir yanaşmanı əks etdirən mövzuları əhatə edən dərs nümunələri nümayiş etdirilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirakçıları ingilis dili fənni müəllimləri və şagirdləri üçün internetdə mövcud olan pulsuz resurslarla (http://www.americanenglish.com/) tanış ediblər.
Konfransda ABŞ səfiri Robert F. Sekutanın xanımı Ən Sekuta, Azərbaycan Dillər Universitetinin rektor vəzifəsinin icraçısı Dünyamin Yunusov, Britaniya Şurasının icraçı direktoru xanım Elizabet Uayt və digər qonaqlar iştirak edib. Konfransı AAA-in üzvü, TEA 2007 proqramının məzunu, 2 dəfə (2008 və 2013-cü il) “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi seçilmiş, Britaniya Şurasının və Təhsil Nazirliyinin təlimçi müəllimi Təranə Əliyeva icra edib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/baki-amerika-merkezinde-ingilis-dili-muellimleri-ucun-leading-the-way-adli-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR