Ərdoğan HƏMAS lideri ilə görüşdü

Ərdoğan HƏMAS lideri ilə görüşdü
09:27 20 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri Xalid Məşəl ilə görüşüb. APA-nın məlumatına görə, bu barədə "Reuters"ə İsrail hökumətindəki mənbə bildirib.  

Məlumata görə, Xalid Məşəl təfərrüatlarına varmadan regiondakı son hadisələr barədə Ərdoğana qısa məlumat verib.

Agentlik Ərdoğan-Məşəl görüşünün Türkiyə və İsrail münasibətlərinin bərpa olunmasına dair ilkin razılaşmanın əldə edilməsi fonunda keçirildiyini qeyd edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR