Tehranı qatı toz bürüdü, məktəblərdə dərslər təxirə salındı

Tehranı qatı toz bürüdü, məktəblərdə dərslər təxirə salındı
10:17 20 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Tehran rəhbərliyi şənbə günü havanın çirklənməsinin son həddə çatması səbəbindən bazar günü məktəblərin bağlanması haqqında qərar qəbul edib.

Report xəbər verir ki, bu barədə "Press TV" telekanalının məlumatında bildirilir.
"Tehranda havanın çirklənməsi həyəcanlı səviyyəyə çatıb ki, bu da hakimiyyəti məktəbləri bağlamağa məcbur edib", - deyə məlumatda bildirilir.

Şənbə və bazar İranda iş günləri hesab olunur.
Əhalisi 14 milyon olan meqapolis qatı boz tüstüyə bürünüb, yollarda görüntü azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR