21 yaşlı qız hamamda zəhərlənib

21 yaşlı qız hamamda zəhərlənib
10:59 20 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

aqatalada dəm qazından zəhərlənmə baş verib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 19-u saat 22:45 radələrində Zaqatala şəhəri, F. Əmirov küçəsi 42 ünvanında yaşayan Nərmin Əziz qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

 

Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, 21 yaşlı Nərmin Rəcəbova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nərmin Rəcəbovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.
 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR