ABŞ etiraf etdi: "Səhvən vurmuşuq"

ABŞ etiraf etdi: "Səhvən vurmuşuq"
11:12 20 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

10 İraq hərbçisinin həyatına son qoyan ABŞ hava qüvvələrinin avia zərbəsində həm Vaşinqton, həm də Bağdad rəsmilərinin səhvi olub.

Report-un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eş Karter deyib.
Karter etiraf edib ki, ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba İraqın mərkəzindəki Fəlluca şəhəri yaxınlığında İraq təhlükəsizlik qüvvələrinin yerləşdiyi əraziyə düşüb: "Ancaq bu ərazi, əsasən, "İŞID" terrorçularının nəzarəti altındadır".

O, İraq baş naziri Heydər Əl-Abadiyə hadisəyə görə başsağlığı verib. Hər iki lider hadisənin araşdırılması barədə razılığa gəliblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR