“Respublika gənclər debat forumu-2015: Payız kuboku” layihəsinin bağlanış mərasimi olacaq

11:23 20 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı “Respublika gənclər debat forumu-2015: Payız kuboku” layihəsinin dekabr 21-də Bakı Dövlət Universitetində bağlanış və mükafatlandırma mərasimi olacaq.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcəklər. Tədbirə, həmçinin respublikanın müxtəlif rayon və şəhərlərinin ali təhsil müəssisələrini təmsil edən gənclər qatılacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR