Azərbaycanda yeni agentlik yaradılacaq

Azərbaycanda yeni agentlik yaradılacaq
12:05 20 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinə mərkəzləşdirilmiş nəzarət üzrə agentliyin yaradılması planlaşdırılır.

Bunu Trend-ə Dünya Bankının (DB) Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndilikdən qeyd ediblər ki, bu, Azərbaycan hökumətilə DB-nin birgə hazırladığı bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiya layihəsində irəli sürülmüş mümkün ssenarilərdən biridir.

DB-nin Bakı ofisindən bildiriblər ki, hazırda müzakirələr davam edir: "Hökumətin seçəcəyi variantın əsasında strategiyanın yekun versiyası 2016-cı il yayın əvvəlində hazır olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR