İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir

İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
12:11 20 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyada içərisində 122 nəfərin olduğu sərnişin daşıyan gəmi batıb.

ANS PRESS-in xarici KİV-nə istinadən verdiyi məlumata görə, ölkənin 4 böyük adasından biri olan Sulavesi adası yaxınlığında batan gəmidəki sərnişinlərdən 14 nəfəri uşaqdır. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.

Reuters xəbər agentliyi hadisəyə səbəb kimi gəminin motorunda nasazlıq yarandığı barədə məlumat yayıb. Ancaq yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gəminin batmadığını, sadəcə texniki nasazlıq yarandığı üçün əlaqənin kəsildiyini bildiriblər.

BBC-nin məlumatına görə, İndoneziyanın sularda xilasetmə idarəsi məlumat yayıb ki, xilasedicilər batmış bərədəki insanlardan 21-ni xilas edə biliblər. 2 nəfərin isə cəsədi çıxarılıb.


Axtarış tədbirləri

Gəminin Sulavesi adasının cənub şərqində yerləşən Kolakadan hərəkət etdiyi bildirilir.

Bildirilir ki, dispetçer gəminin batması ilə əlaqadar kapitandan məlumat alıb, daha sonra isə əlaqə tamamən kəsilib.

İlkin məlumatlara görə, gəmi çevrilib və qəzaya uğrayıb.

İndoneziya nəqliyyat nazirliyinin mətbuat katibinin sözlərinə görə, gəmidə sərnişinlərdən başqa 5 ekipaj üzvü də olub.

Hazırda insanların axtarışını 6 xilasetmə gəmisi aparır. Lakin hava şəraitinin pis olması və dənizin dalğalı olması səbəbindən itkin düşənlərin tapılması işi ləngiyir.

Dünən Türkiyədə də gəmi faciəsi yaşanıb. Hadisə Muğlanın Bodrum rayonunda baş verib.

Gəmidə olan 32 miqrant qaçaq yollarla Yunanıstana aid Kilimli (Kalimnos) adasına keçməyə çalışırmış. Gəmidə olan 14 nəfər xilas olunsa da, 18 nəfər Egeyin soyuq sularında batıb.
Sahildən iki mil aralıda batan taxtadan hazırlanan gəmidə Suriya, İraq və Pakistan vətəndaşları olublar.

Onların köməyinə isə qışqırıq səslərini eşidən balıqçı qayıqları yetişiblər. Dərhal Sahil Təhlükəsizlik Xidmətinə məlumat verilib. Ölənlər arasında uşaqlar və qadınlar da var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR