Putin onları cəzasız qoymayacaq

Putin onları cəzasız qoymayacaq
13:51 20 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin sammitini toplayır. Sammitdə iştirak etmək üçün Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Moskvaya işgüzar səfər edəcəyi gözlənilir.

ANS PRESS-in məlumatına görə sammit Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq barədə qərar qəbul etməsindən sonra baş tutacaq.

Avrasiya İqtisadi Birliyinin sammitində Kollegiyanın yeni tərkibinin təsdiq olunacağı gözlənilir. Həmçinin Tiqran Sarkisyanın təşkilatın sədri kimi təqdimatı olacaq. Buna görə də Tiqran Sarkisyan ABŞ-da öz səfir missiyasını dayandırmalı və Moskvaya səfər etməli olacaq.

Kremlin yaydığı məlumatda qeyd olunur ki, sammitdə Avrasiya İqtisadi Birliyinin mövcud olduğu bir il ərzində təşkilatın fəaliyyətinin yekunları müzakirə olunacaq. Nəticələrin hec də ürəkaçan olmadığını nəzərə alsaq İttifaq liderlərinin -xüsusilə Lukaşenko və Nazarbayevin susmayacağı , bu barədə hər hansı bəyanat verəcəyi gözlənilir. Buna səbəb Aleksandr Lukaşenko Putindən bu dəfə kredit ala bilməməsi , amma Nursultan Nazarbayevin isə əksinə öz ölkəsi üçün İqtisadi Birliyə üzv ölkələrlə gömrük prosedurlarının aradan qaldırılmasına nail olmasıdır.


Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin prezidentləri


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində isə beynəlxalq terrorizmlə birgə mübarizə sahəsində təkliflərin irəli sürüləcəyi gözlənilir. Təşkilat üzvlərindən yalnız Ermənistan Rusiya -Türkiyə konflikti zamanı müəyyən səviyyədə rəsmi Moskvanı dəstəklədi. Ermənistan müdafiə naziri Seyran Ohanyan bəyan etmişdi ki, Türkiyənin Rusiyaya məxsus təyyarəni vurması beynəlxalq terrorizmlə mübarizə demək deyil.

Təşkilatın digər üzvləri isə daha təmkinlə hərəkət edərək Rusiya və Türkiyəni barışdırmağa cəhd edirdilər. Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzvlərinin yekdilliklə Türkiyəyə qarşı çıxmasından söhbət belə getmədi. Güman edilir ki, Ermənistan özü də bunu əsas gətirərək Rusiya-Türkiyə konfliktinə cəlb olunmaq istəməyəcək. Ona görə də rəsmi İrəvanın vəziyyətdən istifadə edərək birlik daxilində ümumi məqsəd və maraqların olmadığını nümayiş etdirməyə çalışacaq.

Siyasi şərhçilər 21 dekabrı Rusiyanın yaratdığı bu iqtisadi və hərbi birliklər üçün fəxri matəm günü kimi qiymətləndirirlər. Əgər Putin fikrində hər hansı gözlənilməz gediş nəzərdə tutmayıbsa. Amma Qazaxıstan və Qırğızıstanın Türkiyəyə qarşı çıxması üçün hansı addımların atılacağını təsəvvür etmək çətindir. Belarus isə Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi təcrid siyasətinin həyata keçirilməsini təklif edib.

29 may 2014-cü il tarixində Belarus , Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını kordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.

Birliyin tərkibinə adıçəkilən dövlətlərdən başqa Ermənistan və Qırğızıstan da daxildir.


AİB ölkələrin xəritəsi

"Daşkənd paktı" da adlandırılan KTMT regional beynəlxalq təşkilatdır. Məqsəd sülhün, beynəlxalq və regional təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün kollektiv şəkildə müdafiəsidir.

1992-ci il mayın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə imzalananan müqaviləyə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imza atıb. 1993-cü ildə isə Azərbaycan, Belarusiya və Gürcüstan da qoşuldu. Bununla belə, Azərbaycan 1999-cu ildə müqavilənin vaxtını uzatmaqdan imtina edərək təşkilatı tərk edib.


KTMT üzvlərinin təmsilçiləri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR