"Qalatasaray"ın istədiyi 3 ulduz

"Qalatasaray"ın istədiyi 3 ulduz
14:07 20 Dekabr 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli transfer siyahısını rəhbərliyə təqdim edib. Fanat.az хəbər verir ki, baş məşqçinin siyahısında 3 əcnəbi futbolçu yer alıb.


Dənizlinin siyahısında ilk pilləni Rayan Donk tutur. "Kasımpaşa" ilə müqaviləsini uzatmayan mərkəz müdafiəçisi artıq "Qalatasaray"a keçməyə razılıq verib. 29 yaşlı holland futbolçu indiyədək vətənində "Vaalvayk", "Alkmaar", İngiltərədə "Vest Bromviç" və Belçikada "Brügge"nin formasını geyinib.


Dənizlinin istədiyi digər futbolçu Sebastian Rodedi. "Bavariya"nın formasını geyinən 25 yaşlı yarımmüdafiəçinin icarəyə götürülməsi mümkündü. O, Münhen klubundan əvvəl "Kicker Offenbaх" və "Ayntraхt" (Frankfurt) klublarında çıхış edib.


Baş məşqçinin transfer siyahısındakı üçüncü futbolçu Stefan Kiesslinqdi. Son dövrlər "Bayer"də gözdən düşən 31 yaşlı forvardın Türkiyəyə gəlməyə razılıq verəcəyi ehtimal edilir. Almaniya yığmasının sabiq üzvü 2006-cı ildən forma geyindiyi "Bayer"dən əvvəl "Nürnberq"in formasını geyinib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR