Şəhid olan əsgər torpağa tapşırıldı (FOTO)

Şəhid olan əsgər torpağa tapşırıldı (FOTO)
14:16 20 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələrinin müxtəlif istiqamətlərdə qarşı tərəfin təxribat törətmək cəhdlərinin qarşısını alarkən şəhid olan, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər İbrahim Əvəz oğlu Nurməmmədzadə bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Xudat şəhərində torpağa tapşırılıb.

ANS PRESS-in məlumatına görə, 1997-ci ildə anadan olan və 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsindən hərbi xidmətə yollanan şəhid əsgərin dəfnində Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri, Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri, o cümlədən ailə üzvləri və yaxınları iştirak edib.


İbrahim Nurməmmədzadə-şəhid olan əsgər


Əslən Xudat şəhərindən olan 18 yaşlı İbrahim Nurməmmədzadə qarşı tərəflə döyüşdə şəhid olub. O, həm hərbi xidmətdə, həm də doğulduğu kənddə vətənpərvər kimi yadda qalıb.

Müdafiə Nazirliyi ordumuzun şəhid verdiyi barədə bu gün məlumat yayıb. Məlumatda deyilir: Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə qarşı tərəfin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.

Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Şəhidin dəfn mərasimi


Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.








Şəhidin dəfn mərasimi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR