Əlibəy Hüseynzadənin qızının sərgisi açıldı - FOTO

Əlibəy Hüseynzadənin qızının sərgisi açıldı - FOTO
14:57 20 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

 Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın İstanbulda fərdi rəsm sərgisi açılıb. 

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, İstanbulun Bəyoğlu rayonundakı "Eller" sənət qalereyasında açılmış sərgiyə Türkiyənin sənət ictimaiyyəti, əcnəbi və yerli mətbuat yaxından diqqət göstərib. Sərgidə Feyzavər Alpsarın ənənəvi tərzin də son illərdə dəri qavallar və kağızlar üzərinə işlədiyi əsərləri nümayiş etdirilir. 

APA-ya açıqlama verən rəssam Feyzavər Alpsar fərdi sərgilərinə Türkiyədəki Azərbaycan ictimaiyyətinin hər il daha çox maraq göstərməsindən çox məmnun qaldığını vurğulayıb.
 
"Sizin agentliyiniz illərdən bəri atam, qardaşım Səlim və mənim barəmdə yazır. Bundan çox razıyam. Sizin göstərdiyiniz bu diqqət məni daha çox çalışmağa və daha yaxşı əsərlər yaratmağa sövq edir. Azərbaycana sizin vasitənizlə sayğı və sevgilərimi göndərirəm", - deyə Feyzavər Alpsar bildirib. 

Qeyd edək ki, Hüseynzadə ailəsinin ən kiçik övladı Feyzavər Alpsar 1921-ci ildə İstanbulda anadan olub. Memar Sinan adına incəsənət akademiyasını bitirib. Türkiyədə incəsənətin inkişafında mühüm xidmətləri olan Feyzavər Alpsar indiyə qədər 50-yə yaxın fərdi sərgi keçirib.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR