"Neftçi"nin futbolçusu Şahin Diniyevə hücum çəkdi - FOTOLAR

"Neftçi"nin futbolçusu Şahin Diniyevə hücum çəkdi -   FOTOLAR
15:07 20 Dekabr 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 18-ci turunda "Neftçi" "Kəpəz"in qonağıdı. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmanın ilk hissəsinin sonlarında ara qarışıb.

Yan xətt hakiminin verdiyi qərar əsəbləşən "Kəpəz"in çalışdırıcısı Şahin Diniyev çilədən çıxıb. O, etiraz əlaməti olaraq, autdan çıxan topu meydana tərəf atıb. Bu zaman isə bakılıların yarımmüdafiəçisi Erik Ramos Şahin Diniyevin üzərinə gedib. Bir anda ara qarışıb. Futbolçuların müdaxiləsindən sonra ara sakitləşib. Sarı vərəqə alan Ramos, "Neftçi"nin qapıçısı Aqil Məmmədovun israrından sonra Diniyevdən üzr istəyib. Həmin anın özəl fotolarını təqdim edirik.

Fanat.az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR