Türkiyə daha bir şəhid verdi

Türkiyə daha bir şəhid verdi
15:29 20 Dekabr 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatı ilə mübarizədə daha bir hərbçisini itirib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, ölkənin cənub-şərqində terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində bu gün daha 18 terrorçu məhv edilib. Baş qərargahdan verilən açıqlamada qeyd edilib ki, Şırnakın Cizrə və Silopi, eləcə də Diyarbəkirin Sur rayonunda aparılan əməliyyatlar daha intensiv olub.

 

Cizrədəki atışmada bir hərbçi şəhid olub.

 

Baş qərargahın məlumatına görə, əməliyyatlar bu gün yerli vaxtla saat 9:30-da başlayıb və davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR