“Avirtel” şirkəti “Milli Net - 2015” internet müsabiqəsinin qalibi olub

15:33 20 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
“Avirtel” şirkətinin saytı (www.avirtel.az) “korporativ saytlar” nominasiyasında “Milli Net - 2015” internet mükafatının qalibi olub. Şirkət bu mükafata 14 nominasiya üzrə 374 sayt arasından layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Milli Net - 2015” Azərbaycan İnternet Forumu (AİF) tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat müxtəlif sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan internet resurslarına və layihələrinə təqdim edilir. Peşəkarlardan ibarət münsiflər heyəti müsabiqəyə qatılan saytları üç istiqamət üzrə - texniki funksionallıq, dizayn və məzmun üzrə qiymətləndirirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avirtel_sirketi_Milli_Net___2015_internet_musabiqesinin_qalibi_olub-912806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR