Yük maşını su kanalına aşdı: ölən var

Yük maşını su kanalına aşdı: ölən var
15:34 20 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yk maşınının qəzaya uğraması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Boradigah qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "ZİL" markalı yük avtomobili su kanalına aşıb və FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “ZİL” markalı yük avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb və vəfat edib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:49-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR