Ramosla Diniyev arasında mübahisə düşdü

Ramosla Diniyev arasında mübahisə düşdü
15:52 20 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, "Kəpəz" doğma meydanda "Neftçi"ni qəbul edir.

Hazırda Gəncə şəhər stadionunda keçirilən qarşılaşmada qalmaqal yaşanıb. Belə ki, matçın 39-cu dəqiqəsində qonaq komandanın futbolçusu Erik Ramosla ev sahiblərinin baş məşqçisi Şahin Diniyev arasında mübahisə olub. Digər futbolçuların da araya qarışmasından sonra gərginlik artıb. Ara sakitləşəndən sonra baş hakim paraqvaylı yarımmüdafiəçiyə sarı vərəqə göstərib və tərəfləri barışdırıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR