Azərbaycan Türkiyə üçün Qazaxıstana müraciət etdi

Azərbaycan Türkiyə üçün Qazaxıstana müraciət etdi
16:11 20 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan kütləvi informasiya vasitələri (KİV) yükdaşıma üçün növbə gözləyən onlarla yük maşınının Aktau limanına dəniz limanında qaldığı barədə məlumat yayıb.

ANS PRESS-in Qazaxıstan KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb kimi onlar Azərbaycana məxsus bərələrin kifayət etməməsi göstərilir. Bildirilir ki, Türkiyədən Qazaxıstana və Qırğızıstana məhsul gətirən yük maşınları geri qayıtmaq üçün Aktau limanında gözləməyə məcbur olublar.


Qazaxıstanda gözləyən tırlar


Limanın kapitanının sözlərinə görə Azərbaycana məxsus bərələr fasiləsiz işləyir ,amma yenə də tırlar Qazaxıstanda ilişib. Qazaxıstan KİV yazır ki, hazırda həmin ölkədə 80 iritonnajlı yük avtomobili Bakı dəniz limanına gəlmək üçün gözləyir.


Aktau limanı

Məsələni ANS PRESS-ə şərh edən Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıxov bildirdi ki, bu cür şəraitin yaranmasına səbəb Azərbaycan bərələrinin sayı ilə bağlı deyil.

"Aktau limanında cəmi bir yanalma körpüsü var. Bizimkilər həmin limanda növbə gözləyirlər. Bizim bərələrin iş qrafikində heç bir problem yoxdur. Mütəmadi olaraq bərələrimiz işləyir və hər gün hətta əlavə reyslər də göndərilir. Ancaq qarşı tərəfin yanalma körpüsü bir dənə olduğu üçün boşaltma və yükləmə zaman tələb edir. Onu görə də, limandakı digər gəmilər gözləməli olurlar. Təkcə ayın 18-də Azərbaycanın 4 bərəsi boşaldılması üçün Aktauda növbə gözləyirdi".

Mətbuat katibi Bakıda da yük maşınlarının növbə gözlədiyi barədə yayılan məlumatların doğru olmadığını bildirdi:

"Biz bu daşımalar üçün 5 bərə ayırmışıq, onlardan 4-ü gedib həmin limanda gözləyir. Əlavə bərələr göndərməyin isə mənası yoxdur. Çünki həmin liman bir dənədir. Həmin yüklər boşalmalıdır ki, orada olanlar Bakıya gətirilsin. Bizim kifayət qədər bərəmiz var, daha çox yük daşıya bilərik. Lakin qarşı tərəfin onu qəbul edəcək limanı yoxdur"-deyə qurum rəsmisi əlavə etdi.


Aktau- Bakı qırmızı xətlə çəkilib

Bütün bu proseslərin hökümətlərarası komisiyanın və və ekspertlərin nəzarətində olduğunu deyən mətbuat katibi bildirdi ki, Qazaxıstan tərəfinə limanda infrasturuktur dəyişikliyi aparılmalı olduğu bildirilib: "Onlara, həmin limana vəsait qoyulmalı olduğu barədə məlumat verilib. Hazırda bütün bu proseslərlə bağlı nazirlər kabineti səviyyəsində danışıqlar davam etdirilir", -deyə Vüqar Sadıxov bildirdi.

Dekabr ayının 13-də də Azərbaycan tərəfində-Ələt dəniz limanında yük maşınlarının sıxlığı yaranıb. Limanda 175 tır Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyirdi.

Bu vəziyyət əvvəlki həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdan bərə əlaqəsinin dayandırılması ilə bağlı olduğunu bildirirdilər.

Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir ( hər bərə 28 tır tutumuna malikdir – red.). Hazırda iki bərə “Aktau” limanı yaxınlığındadır, biri isə ötən gün yüklənib və Qazaxıstana göndərilib. Bərənin bir limandan digərinə çatma müddəti hava şəraitindən asılı olaraq 18-23 saat təşkil edir.



Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrinin və Ələt gömrük postunun məlumatında isə bildirilirdi ki, limanda sıxlığa səbəb Türkiyədən gələn tırların Rusiya ərazisindən keçməsinə tətbiq edilən qadağadır: "Buna görə də tırlar Türkiyə- Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə hərəkət edirlər", deyə məlumat verilmişdi.






Ələt limanı - 13 dekabr 2015

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28