Müsavat Gənclər Təşkilatı yenidən formalaşıb

Müsavat Gənclər Təşkilatı yenidən formalaşıb
16:47 20 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) ümumi yığıncağı keçirilib.
“Report”un məlumatına görə, iclasda təşkilatın strukturu formalaşıb. Səsvermə ilə gənclər təşkilatının İdarə Heyətinin, təşkilat şurasının və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri müəyyən olunub.
MGT-nin Şurasına 12 nəfər-Ayla Ağayeva, Anar Azayev,Cavidan Cəfərli, Səma Qəbulova, Tural Qurbanov, Tural Hacıbəyli, Elşad Həsənzadə, Araz İsmayıllı, Əbülfəz Sadıqbəyli, Nigar Yaqublu, təşkilatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasına isə 3 nəfər-Aygün Abdullayev, Azər Ağayev, İdris Əmiraslanov seçilib.
Şura üzvləri müəyyən olunduqdan sonra İdarə Heyəti formalaşdırılıb. Şura üzvlərindən İdarə Heyətinə 5 nəfər-Səma Qəbulova, Nigar Yaqublu, Əbülfəz Sadıqbəyli, Cavidan Cəfərli vəTural Hacıbəyli seçilib.
Təşkilatı İdarə Heyəti idarə edəcək. Bundan əvvəl isə gənclər təşkilatı sədr vasitəsilə idarə olunurdu.
Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-də keçirilən VIII qurultayından sonra MGT-nin sədri Əhliman Abbas istefa verib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/musavat-gencler-teskilati-yeniden-formalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR