Yaşayış binasında iki partlayış: yaralananlar var - VİDEO

Yaşayış binasında iki partlayış: yaralananlar var - VİDEO
16:52 20 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqaqrad vilayətində 9 mərtəbəli yaşayış binasında ardıcıl olaraq iki partlayış baş verib. Nəticədə binada yanğın başlayıb və 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Anspress-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Kosmonavtlar küçəsində qeydə alınıb. Hüquq-mühafizə orqanı əməkdaşının verdiyi məlumata görə, ikinci partlayışın qaz qalıqlarının söndürülməsi zamanı baş verdiyi ehtimal edilir. Hadisə zamanı xəsarət alanlardan üçü uşaqdır.

Ehtimal edilir ki, hadisə 7-ci mərtəbədə baş verib. İlk partlayış baş vedikdən sonra 7-ci mərtəbədə yerləşən mənzillər uçub. Həmin mənzillərin söndürülməsi zamanı isə ikinci partlayış baş verib.

Hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Volqoqrad Vilayəti üzrə İstintaq İdarəsindən verilən məlumata görə, hadisənin baş verə biləcəyi ehtimallar araşdırılır. Hadisənin terror aktı ola biləcəyi də istisna edilmir.

Ancaq hadisəyə ilkin ehtimal kimi, texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi göstərilib.

Dağıntıların altında insanların qalıb-qalmadığı dəqiqləşdirilir. Hadisə yerinə 30 təcili tibbi yardım briqadası göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR