Binanın 4-cü mərtəbəsində partlayış: yaralanan var

Binanın 4-cü mərtəbəsində partlayış: yaralanan var
17:14 20 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Abşeron rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 67 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz balonunun ani partlaması nəticəsində eyvanın pəncərəsi, su qızıdırıcısı və ev əşyaları 2 kv.m sahədə yanıb. Yanğın zamanı əl və üz nahiyyəsindən yanıq xəsarəti almış 1 nəfər yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təvhil verilib. Yanğın zamanı eyvanda olan digər qaz balonu təhlükəsiz əraziyə aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR