Moskvada VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Moskvada VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
17:18 20 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Gələn il martın 27-dən aprelin 5-dək Moskvada VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı təşkil olunacaq.
AZƏRTAC Mstislav Rostropoviç Fondunun saytına istinadla xəbər verir ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinın dəstəyi, Moskva Hökumətinin və M.L.Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Festivalda görkəmli solistlər, dirijorlar və musiqi kollektivləri, o cümlədən İtaliyanın “Maggio Musicale Fiorentino” orkestri, dirijor Zubin Meta, Vladimir Yurovskinin idarəçiliyi ilə London Filarmonik Orkestri, “Radio Fransa” Filarmonik Orkestri, dirijor Myunq-Vun Çunq, Massimo Dzanettinin idarəçiliyi ilə Rusiya Milli Orkestri və digər məşhur ifaçılar, habelə gənc istedadlı musiqiçilər çıxış edəcəklər. P.Çaykovski adına XIX beynəlxalq müsabiqənin laureatı, fransız pianoçu Lyka Debarq solo proqramla çıxış edəcək. Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri Rudjero Leonkovallonun “Payatsı” operasını, habelə Kronştadt şəhərində (Qalina Vişnevskayanın doğma şəhəri) konsert verəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskvada_VII_Beynelxalq_Mstislav_Rostropovich_Festivali_kechirilecek-912817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR