Bakıda binanın eyvanı uçdu

Bakıda binanın eyvanı uçdu
17:22 20 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda binalardan birinin eyvanı uçub. Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu Mayakovski küçəsində (Montin bazarının yazınlığında) baş verib. Fransız layihəli 4 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanı gecə saatlarında uçub. Nəticədə çökən eyvan ikinci mərtəbədəki eyvanı da zədələyərək yola düşüb. eyvanın beton konstruksiyaları və oradakı şkaf da küçəyə düşüb. 

Hadisə gecə saatlarında baş verdiyindən xoşbəxtlikdən xəsarət alan olmayıb.
 
Qeyd edək ki, hadisənin baş verdiyi bina 50 ildən artıqdır ki tikilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR