Gəncədə qarşıdurma: yaralılar var - FOTOLAR

Gəncədə qarşıdurma: yaralılar var -   FOTOLAR
18:27 20 Dekabr 2015
136 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" (1:1) matçı sülhlə başa çatsa da, oyundan sonra arenanın ətrafı müharibə meydanına çevrilib. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, gəncəli azarkeşlər qonaq fanatları daşa basıb.


Bu zaman bakılı azarkeşlərdən bir neçəsi ciddi xəsarət alıb. Bir fanat isə özündən gedib. Bundan başqa gəncəli azyaşlı uşaq da, bu xoşagəlməz hadisənin qurbanı olub. Belə ki, o, gözündən ciddi zədələnib. Məsələyə müdaxilə edən polislə "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov arasında da gərginlik yaşanıb.


Məmmədov isə öz növbəsində "Mən bura gəlmişəm ki, sən məni təhqir edəsən?" deyərək, telefonuna əl atıb, kiməsə zəng edib. Ümumilikdə isə polis əməkdaşları qonaqlara qarşı aqressiv davranıb. 


Həmin anın özəl fotolarını təqdim edirik.


Fanat.az






Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gncd-qardurma-yarallar-var-t46283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR