Avtomobil yandı, sürücü xəsarət aldı

Avtomobil yandı, sürücü xəsarət aldı
18:42 20 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda minik avtomobili yanaraq külə dönüb.

Report-un məlumatına görə, hadisə rayonun Əyricə kəndində baş verib. 

Belə ki, "VAZ-2106" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda güclənib. Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğın söndürən maşın və canlı qüvvə cəlb edilib.
Yanğını söndürmək istəyən sürücü İlham Məmmədov xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR