​Polis İstanbulda etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

​Polis İstanbulda etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
18:47 20 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə polisi İstanbulun mərkəzi meydanında Kürd Fəhlə Partiyasına (PPK) qarşı aparılan əməliyyatlara və komendant saatına etiraz edən bir neçə yüz aksiya iştirakçısını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
"Report" xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.
Polis etiraz aksiyası iştirakçılarını meydandan çıxarıb, iki nəfər saxlanılıb.
Son bir neçə gün ərzində ölkənin bir sıra cənub-şərq regionunda gərgin vəziyyət qalmaqdadır, qəzalarda komendant saatı tətbiq olunub, təhlükəsizlik qüvvələri isə PKK və onunla əlaqəli qruplaşmalara qarşı əməliyyat aparırlar.
PKK üzvləri girişləri minalanmış barrikadalar və xəndəklərlə əngəlləyərək bəzi bölgələri ölkədən təcrid etməyə çalışırlar. Yerli əhali xüsusi əməliyyatların keçirildiyi regionları tərk edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR