"Şahin müəllimi birinci dəfədi ki, belə aqressiv görürəm"

"Şahin müəllimi birinci dəfədi ki, belə aqressiv görürəm"
18:47 20 Dekabr 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçı sülhlə başa çatdı - 1:1. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Əsgər Abdullayev oyunla bağlı fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavabıandırıb: 

"Meydança normal futbol oynamağa imkan vermirdi. Standart vəziyyətlərdən daha çox yararlanmağa çalışırdıq. Belə meydançada oynamaq ağır idi. Oyun çətin keçdi. Gəncə klubu mübariz oyun göstərdi. Şahin müəllim döyüşkən komanda yarada bilib".

- "Neftçi" 2 xal itirdi ya necə?
- Bir neçə epizodda hesabda irəli keçə bilərdik. Ümumilikdə hər iki komandanın şansı vardı. Hesab edirəm ki, iki xalı biz itirdik.

- Artıq ilin son oyununu keçirdiniz. Komandada qalıb-qalmamağınıza aydınlıq gəlib?
- Yaxın günlərdə hər halda bu məsələ məlum olacaq. Öz işimi gördüm və əlimdən gələni etdim ki, çətin durumdan komandanı çıxardaq. "Neftçi"də yüksək texnikaya malik olan futbolçular var.

- Özünüz üçün qış planı hazırlamısınız?
- Təbii ki, rəhbərlik etimad göstərsə, olacaq. Oyunçu qıtlığı var və bir neçə futbolçuda zədə problemi var. Tam istədiyimi ala bilmədim.

- Araz Abdullayev olmayanda "Neftçi" daha yaxşı oyun göstərirdi...
- O, komandanın kapitanıdır. Uzun müddət məşqsiz qalmağı təsir edir. Bugünkü oyunda daha istəkli idi. Azərbaycanda 4-5 yaxşı oyunçu varsa, biri Arazdır. Onun böyük potensialı var. Hesab edirəm ki, bu yaxınlarda başqa Araz görəcəksiniz.

- Komandada qalası olsanız, qapıçı transferi istəyəcəksiniz?
- Aqil Məmmədovun oyunundan razıyam və millinin oyunçusudur. Səhvsiz insan yoxdur.

- Fəhminin vəziyyəti ilə bağlı son məlumat var?
- Onu xəstəxanaya aparıblar. İnşallah, o, çətin duruma düşməz.

- Ramosun Şahin Diniyevin üzərinə hücum çəkməsi məsələsinə nə deyərdiniz?
- Şahin təmkinli biridir. Amma necə olduğuna tam aydınlıq gətirməliyik. Şahin müəllimi birinci dəfədir ki, belə aqressiv görürəm. Ayltona isə o vəziyyətdə qırmızı vərəqə verilməli idi. Futbolçu kimi deyə bilərəm ki, bu epizodda penalti verlməli idi. 

- Böyükağa Hacıyev baş məşqçinin çemodanının hazır olmasını deyirdi...
- Hər yerdə belədir. "Neftçi" xalqın komandasıdır və burda böyük məsuliyyət var. "Neftçi"də işləyib etimad doğrultmaq o qədər də asan deyil. Məşqçinin işi budur. Sovet vaxtı deyirdilər ki, məşqçi iki ərizə yazmalıdır. Biri işə girmək üçün, biri də işdən çıxmaq üçün.

- İki qırmızı vərəqə, Erik Ramosla Diniyev qalmaqalını nəzərə alsaq, oyunu Sülh və Müharibə adlandırmaq olar?
- Oyun müharibədir. Müharibədə temperatur ölçülmür.(Sport7.az)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotahin-mullimi-birinci-dfdi-ki-bel-aqressiv-gorurmquot-t46284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR