Bu il Bərdədə 90 hektar sahədə yeni meşə salınıb

Bu il Bərdədə 90 hektar sahədə yeni meşə salınıb
19:03 20 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 20 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC 
Bu il ərzində Bərdə rayonunda 90 hektar sahədə yeni meşəliklər salınıb.
Bərdə Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, Oğlan baba, Aslan Əyricə, Bərdə, Gülbalı, Zülfalı, Soltanbud-1 və Soltanbud-2 meşəbəyliklərində salınan yeni meşələrə əsasən qoz, akasiya, iydə, şam, sərv, palıd və digər cinslərdən ibarət ağaclar əkilib. Bundan başqa 1024 hektar meşə sahəsində mexaniki xidmət göstərilib, 5100 hektarda suvarma işləri aparılıb.
Kökləndirmək üçün 0,9 hektar sahədə 45 min ədəd qələm basdırılıb. Bir hektarda (25 min ədəd) sərv və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb, 5,1 hektar sahədə akasiya, göyrüş, iydə, ərik ağaclarından ibarət tinglik səpilib, 1785 kiloqram toxum tədarük edilib.
Bərdə rayonunda yeni meşələrin salınması 2016-cı ildə də davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Berdede_90_hektar_sahede_yeni_mese_salinib-912821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR