Allaha necə şükür edək?

Allaha necə şükür edək?
19:27 20 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  allaha şükür etmək sadə bir mövzu deyildir və onun dərəcələri vardır.

1. Allahın zahiri və batini nemətlərinə diqqət edib onun haqqında təfəkkür etmək.
2. Dünya işlərində özündən alçaqda olanlara və din işlərində özündən yüksək olanlara diqqət etmək.
3. Ölüləri və qəbir əhlini xatırlamaq və özünü onlardan biri hesab etmək.
4. Ona üz tutan müsibətləri yada salmaq. O xəstəlikləri ki, çarəsi olmamışdır və belə fərz etsin ki, indi həlak olmuşdur. Hal-hazırkı həyatını özü üçün qənimət bilsin və Allaha ona görə şükür etsin.
5. Dünya bəlalarından hər birinə görə Allaha şükür etsin ki, ondan da böyük bəla başına gəlməmişdir. Hədislərdən birində oxuyuruq ki, bir nəfər deyir: "Mənim evimə oğru gəlmişdir və nemətlərimi aparmışdır"". Ona deyilir: "Allaha şükr et ki, əgər həmin oğrunun yerinə şeytan sənin evinə gəlsəydi və imanını məhv etsəydi, nə edərdin?".
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman bəndə günah etsə, dünyada çətinlik və ya bəla ona çatar. Allah ondan da kərimdir ki, ona yenidən əzab versin". Ona görə insan şükür etməlidir ki, dünya bəlaları ilə günahlarını yuya bilmişdir. (Erfan)
Hər bir insana nazil olan bəla onun taleyidir və ona görə də insan şükür etməlidir ki, bu bəla gəldi və keçdi və artıq xilas olmuşdur.
Allah Təala hər bir bəlaya görə insana əcr verər - əgər həmin bəlaya səbir edərsə. Ona görə də kiçik bəlaya səbir edib, böyük əcrə çatmaq üçün də şükür etmək lazımdır.
İnsanın düçar olduğu hər bir dünya bəlası onu dünyadan uzaqlaşdırar, Allaha yaxınlaşdırar. Dünyaya olan meylini azaldar. Axirətə olan şövqünu artırar. Əgər insan dünyaya çox bağlanarsa, ölən zaman həsrəti də böyük olar. Bəla nazil olaraq insanın ürəyini dünyadan soyudur ki, ondan ayrılmaq insan üçün asan olsun. Ancaq bu, o demək deyildir ki, Allahdan bəlanın nazil olmasını istəyək.
Xeyr, belə ki, Həzrət Peyğəmbər (s) dualarında Allaha dünya və axirət bəlasından pənah aparardı. Ondan dünya və axirəti üçün ən yaxşısını istəyərdi. Həzrət (s) buyurur: "Allahdan salamatlığı istəyin ki, mərifət və yəqindən savayı, heç bir şey salamatlıqdan üstün deyildir".
Hədislərimiz buyurur: "O şey ki, möminə daxil olar: bəladan, ya salamatlıqdan, ya nemətdən, ya möhnətdən onun xeyir və islahı üçündür".
Qüdsi hədisdə oxuyuruq: "Mənim bəndələrimin bəzisinə yoxsulluq və xəstəlik xeyirləri üçündür və ona görə də Mən onu onlara əta edirəm. Bəziləri üçün isə sağlamlıq və zənginlik xeyirinədir, ona görə də Mən onu onlara verirəm".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR