Yerin Aydan çəkilmiş FOTOsu

Yerin Aydan çəkilmiş FOTOsu
19:32 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də NASA öz rəsmi səhifəsində 2009-cu ildən Ayın öyrənilməsi ilə məşğul olan Lunar Reconnaissance Orbiter (LRO) apparatı vasitəsilə çəkilən fotonu yerləşdirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, fotoda Yer kürəsinin Ay səthindən necə göründüyü əks etdirilib.
LRO peykin səthinin öyrənilməsi üçün bir neçə kiçik kameralarla təchiz edilib, və bu şəkili əldə etmək üçün NASA mütəxəssisləri 12 oktyabr tarixində çəkilmiş bir neçə fotonu birləşdirməli olublar.
Fotoda rənglər təxmini ötürülüb, çünki insan gözü aparatdan fərqli olaraq daha çox rəng ayıra bilir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR