Kimlərə “tabiin” deyilir?

Kimlərə “tabiin” deyilir?
19:47 20 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Ərəb dilində "tabiin"- tabe olanlar deməkdir. 
Milli.Az islam.az-a istinadən bildirir ki terminoloji mənada Həzrət Mühəmməd Peyğəmbəri (s) görməmiş, səhabələrlə görüşmüş və onların vasitəsilə Peyğəmbərdən (s) hədis rəvayət etmiş şəxslərə deyilir. Onlar səhabələrin ətrafında olduqlarına və öz biliklərini onlardan aldıqlarına görə "tabiin" adlanırlar (yəni səhabələrə tabe olanlar). Hədisşünaslıq elmində hədis rəvayətçilərinin (ravilərin) ikinci təbəqəsini tabiin təşkil edir (birinci təbəqə səhabələrdən ibarətdir). Tabiinin şagirdlərinə və onlardan hədis rəvayət edənlərə "təbəi-tabiin" deyilir (yəni tabiinə tabe olanlar, tabiindən rəvayət edənlər).
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR