Mercedes rSLK-ın adı dəyişdi - FOTO

Mercedes rSLK-ın adı dəyişdi - FOTO
20:12 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Mercedes-Benz" şirkəti rodster "SLK"-nın yeni variantını təqdim edib,  restaylinqdən sonra onun adı "SLC" oldu. Avtomobilin dünya üzrə təqdimatı yanvar ayında Detroytda keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyi sələfindən fərqli bamper, diodlu işıqlar, qazburaxma sistemi üçün yeni borular vasitəsilə fərqləndirmək olar. Salonda yeni cihazlar paneli, o cümlədən monitoru olan multimedia sistemi "Comand" peyda olub.

Rodster üçün opsional olaraq "Dynamic Select" sistemi də əldə edilə bilər. Bu sistem mühərrikin, sürət qutusunun, sükanın və asmanın iş rejimini tənzimləməyə imkan verir. Sistemdə 5 tənzimləmə paketi nəzərdə tutulub: "Eco", "Comfort", "Sport", "Sport+" və "Individual".

"Mercedes SLC"-in baza versiyası 156 a.g. olan 1,6-litrlik benzin mühərriklə təchiz edilir. Bu rodster 100 km/saata 7,9 saniyəyə sürətlənir. Yeniliyi, həmçinin 184-güclü mühərriki olan "SLC 200" və 245 a.g.-lü mühərriki olan "SLC 300" versiyalarında sifariş etmək olar. Rodsterin mühərrik qammasında bir dizel variantı var - 2,1-litrlik bu aqreqat 204 a.g. verir və "yüzlüyə" 6,6 saniyəyə sürətlənir.

Avtomobil, həmçinin idman modifikasiyasında satışa çıxarılacaq - "Mercedes-AMG SLC 43". Bu rodster 367 a.g. olan yüklənmiş "altılıq" alıb və 100 km/saata 4,7 saniyəyə sürətlənir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR