Şəhər sakinlərinə 72 saat vaxt verildi

Şəhər sakinlərinə 72 saat vaxt verildi
20:42 20 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

İraq ordusu Rəmadi sakinlərinə müraciət edərək 72 saat ərzində şəhəri tərk etmələrini istəyib.
Milli.Az Reuters-ə istinadən bildirir ki, tələbin yer aldığı vərəqələr hərbi aviasiya vasitəsilə şəhərə səpələnib.
İraq ordusu şəhərin mərkəzində genişmiqyaslı əməliyyata hazırlaşır.
Rəmadi şəhəri İŞİD-in əlindədir. Şəhərdə 1000 terrorçu var və onlar geri çəkilmək niyyətində deyillər.
İŞİD Rəmadini bu ilin may ayında ələ keçirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR