Rusiyanı şoka salan partlayış: 36 mənzil dağıldı - VİDEO - FOTO

Rusiyanı şoka salan partlayış: 36 mənzil dağıldı - VİDEO - FOTO
20:52 20 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqoqrad şəhərindəki çoxmərtəbəli yaşayış binalarından birində qaz partlayışı olub.
Milli.Az Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, partlayış bu gün yerli vaxtla 12.00 radələrində şəhərin Dzerjinski rayonundakı Kosmonavtlar küçəsində, 9 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində baş verib.
Partlayış nəticəsində 1-ci mərtəbədən 9-cu mərtəbəyədək 36 mənzil dağılıb.
Təxminən 5 dəqiqə sonra ikinci partlayış baş verib.
Partlayışda 10 nəfər yaralanıb. Yaralıların 3-ü uşaqlardır.
Partlayışların fəsadlarının aradan qaldırılmasına 265 nəfər və 72 texnika cəlb olunub.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR