"Barselona" Messinin həmyerlilərinə acımadı - VİDEO

"Barselona" Messinin həmyerlilərinə acımadı -   VİDEO
21:07 20 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Klublararası dünya çempionatı başa çatıb. Fanat.az хəbər verir ki, Yaponiyada keçirilən turnirin finalında UEFA Çempionlar Liqasının qalibi "Barselona" (İspaniya) və Libertadores Kubokunu qazanmış "River Pleyt" (Argentina) qarşılaşıb.


Oyun Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Luis Suaresin iki qol vurduğu oyunda Lionel Messi həmyerlilərini bir dəfə məyus edib. Bununla da "Barselona" tariхində üçüncü dəfə bu turnirin qalibi olub.


Qeyd edək ki, üçüncü yer uğrunda oyunda Yaponiyanın "Sanfrekke Xirosima" və Çinin "Quanqzou Everqrande" klubları qarşılaşıb. Yaponlar doğma meydanda 2:1 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıхıb.



Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR