Nardarandakı yeni polis bölməsi hazırdır

Nardarandakı yeni polis bölməsi hazırdır
21:09 20 Dekabr 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inzibati binanın tikintisi başa çatır.

 

APA-nın məlumatına görə, hazırda binada son tamamlama işləri aparılır.

 

 

İş icraçılarının dediyinə görə, inzibati bina bu həftə tam hazır olacaq.

 

 

Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir.

 

Həmçinin qəsəbədə mərkəzi yolların genişləndirilməsi üçün işlər aparılır, qaz və işıq xətləri yenilənir.

 

Kənd sakinlərinin bildirdiyinə görə, qəsəbədə axtarış tədbirləri də davam etdirilir.

 

“Həmçinin yolların genişləndirilməsi üçün bəzi həyətyanı sahələrin bir hissəsi, dükanlar da plana düşüb. Qaz, su və işığa görə evlərdə sayğacların quraşdırılması prosesi də davam edir” deyə, qəsəbə sakini bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR