Bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib

Bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib
21:23 20 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə, bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kreditlərin 31,4 faizi dövlət, 65,5 faizi qeyri-dövlət bankları, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7 faizini təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_sektorunun_kredit_portfeli_milli_valyuta_ekvivalentinde_186_milyard_manat_teskil_edib-912825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR