Bakıda xarici valyuta ajiotajı (VİDEO)

Bakıda xarici valyuta ajiotajı  (VİDEO)
21:31 20 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Valyutadəyişmə məntəqələrində ajiotaj yaşanır. Bəzi məntəqələrdə dollar rəsmi məzənnədən bir neçə qəpik baha satılır.

ANS TV-nin məlumatına görə, paytaxtın bir çox valyutadəyişmə məntəqələrində ajiotaj yaşanıb. Mərkəzi Bankın rəsmi valyuta məzənnəsində 1 dollar 1 manat 5 qəpikdir. Amma valyutadəyişmə məntəqələrində vəziyyət fərqil idi. Üstəgəl dollar qıtlığı yaşanırdı.

“Mərkəzi Bankın rəsmi saytında valyuta məzənnəsini - 1 dollar 1 manat 049 qəpik elan edilib. Lakin valyutadəyişmə məntəqələrində Mərkəzin Bankın təyin etdiyi məzənnə ilə dollar almaq mümkün deyil. Eyni zamanda, məntəqə sahibləri tərəfindən təyin olunan məzənnə ilə dollar almaq istəyəndə isə yoxdur cavabını eşidirsən. Dollar tapılmır”, – deyə alıcı Şəmsi Gülverdi bildirib.

Valyutadəyişmə məntəqqələrin önündədki valyuta məznnəsini əks etdirən löhvədə əvvəl 1 dolların alışı 1 manat 7 qəpiyə yaxın idi. Sonradan biz görən məntəqə işçiləri bunu dəyişdirirək 1 manat 6 qəpiyə endirdi.

Müşahidəmiz zamanı yalnız bir məntəqədə dollar satışına rast gələ bildik.

Məntəqə işçisi Rəhman Əliyev deyir ki, dünənlə müqayisədə bu gün iş günü olmadığına görə, alıcı qıtlığı hiss olunur, hazırda kifayyət qədər dollar var, bununla bağlı heç bir problem yoxdur.

Digər məntəqələrdə isə bizə şifahi olaraq bildirildi ki, əgər yüksək məbləğdə valyuta alırsansa, bu zaman dollar tapmaq olar. Hər halda görünən odur ki, məntəqələrdə suni ajotaj yaradılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR