Yəqinə çatmaq üçün MƏRHƏLƏLƏR

Yəqinə çatmaq üçün MƏRHƏLƏLƏR
21:47 20 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Hər kim yəqinə çatar, seçdiyi yolda ürək əminliyi ilə addımlayar. Ancaq şəkk, bədgümanlıq yəqini məhv edər. İnsanın əlini və qolunu bağlayar. Yəqinin növləri və dərəcələri vardır ki, onlarla tanış olaq. (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yəqinin dörd növü vardır: quli-yəqin, elmul-yəqin, eynul-yəqin, həqqul-yəqin.
 
1. Quli-yəqin. Yəni, insan on dörd Məsuma (ə) təqlid edər. Yəqinin bu dərəcəsi çox asan bir dərəcədir, ancaq onu əldə etmək çox çətindir. Çünki Məsumların (ə) ardınca getmək üçün ilk olaraq tövhidi və sonra Peyğəmbəri (s) tanımaq lazımdır ki, onun ismətini bürhan yolu isə isbat edə biləsən. Allah ağılı batini hüccət qərar vermişdir ki, zahiri hüccət olan Peyğəmbəri (s) və on iki İmamı (ə) təsdiq etsin.
 
2. Elmul-yəqin. Elmul-yəqin yəqinin ikinci dərəcəsidir ki, istedlal və əqli bürhan yolu ilə hasil olar. Yəqinin bu dərəcəsi əksər insanlar üçün çətindir. Ona görə də Allah Peyğəmbəri (s) göndərir ki, insan ən azı Məsumların (ə) ardınca gedərək yəqinin ilk dərəcəsini əldə edə bilsinlər.
 
3. Eynul-yəqin. Yəqinin üçüncü dərəcədir. Bu mərtəbədə insan əhli-yəqin olar və batini gözü ilə həqiqətləri müşahidə edər. Əqli bürhandan da yuxarıya gedər. Onun batini gözü həqiqətlərə açıqdır və hər bir işin batinini görə bilir.
 
4. Həqqul-yəqin. Yəqinin ən üstün dərəcəsidir. Bu insan İlahi əxlaqa malik olar. Həqiqətlərin təsirini özündə görər. Yəni, nəinki həqiqətlərin batinini müşahidə edər, o həqiqətlər onda təcəlli edər və həyata keçər. Atəşdə yanan insan kimi.
Quli-yəqində insan bu atəşi görməz və başqalarının söylədiklərinə əsasən onun varlığına yəqinlik əldə edər. Elmul-yəqində atəşdən qalxan tüstünü görər və onun var olmasına yəqinlik edər. Eynul-yəqində atəşin hərarətində isinər və bu cür atəşin var olmasına yəqinlik əldə edər. Həqqul-yəqin məqamında olan insan atəşi görər və onu dərk edər. Bu, yəqinin ən yüksək və ən ali dərəcəsidir.
Hər bir müsəlmanın imanı olmalıdır ki, ondan sonra yəqinə çata bilsin. Ondan sonra əqli bürhanlar ilə öz etiqad sütunlarını möhkəmləndirməlidir. Elmul-yəqin mərtəbəsində gərək əqli bürhanlarını daha da təkmilləşdirsin və etiqadını möhkəm etsin. Eynul-yəqin və həqqul-yəqin mərtəbəsində ağıl kifayət etmir, gərək ürəyə səfa və cila verəsən. Ürək gözü ilə hərəkət edəsən. Həqiqətləri ürək gözü ilə müşahidə edəsən. Bəli, bu məqam - ariflərin məqamıdır ki, hər kəsin bu məqama çatması asan deyildir, ancaq mümkünsüz də deyildir. Çoxlu səy və əzm istəyir. Ömür fürsətini qənimət bilib, onu əldə etməyə çalışaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR